09/09/2019
13:33
1014
| A A A
Serxio Ramos Kasilyasa çatdı

İspaniya millisinin kapitanı Serxio Ramos sabiq komanda yoldaşı İker Kasilyasın rekordunu təkrarlayıb.

Goal.az-ın məlumatına görə, AVRO-2020-nin seçmə mərhələsində Farer adaları (4:0) ilə görüş Ramosun yığmada 167-ci matçı olub.

Bununla Kasilyasa məxsus rekordu təkrarlayan Ramos daha böyük hədəflərinin olduğunu söyləyib: "Rekordlar onları yeniləmək üçün mövcuddur. Ümid edirəm ki, yığmada daha çox şey əldə edərəm və zədələr mənə mane olmaz. Üzərimdə daim işləyirəm, millidən dəvət gözləyirəm. Məqsədim yığmanın heyətində 200 oyun keçirməkdi. İndiyə qədər bunu heç kim bacarmayıb. Amma futbolda hər şey mümkündür. İldən-ilə oyundan zövq alıram. Vaxtilə millinin formasını geyinməyi xəyal edirdim, amma sonra dünya və Avropa çempionu oldum".

Qeyd edək ki, Serxio Ramos 2005-ci ildən İspaniya millisində çıxış edir.

Ən maraqlısı hansıdır?

ÇEMPİONLAR LİQASI
%
AVROLİQA
%
AVROPA ÇEMPİONATI
%
DÜNYA ÇEMPİONATI
%
33803 səs