09/09/2019
13:53
1840
| A A A
"Azərbaycan kimi yerə getmək günlərim bitəcək" - Devid Hili

Linfield-in baş məşqçisi Devid Hili ölkəsində avqust ayının ən yaxşı baş məşqçisi seçilib. 

Şimali İrlandiya Futbol Yazarlar Birliyi onu bu ada layiq görüb.

Mükafatlandırma mərasimində çıxış edən Hili komandasının bu mövsüm avrokubokda keçdiyi yolu xatırlayıb: "Avrokubok inanılmaz macəra idi. Beynəlxalq futbolla vidalaşdığım zaman Azərbaycan və Monteneqro kimi yerlərə getmək günlərim də bitəcək. Bu üzdən sevdiyim komanda olan Linfield-i oralara aparmaq əla təcrübə oldu. Linfield-də uğur qazanmaq üçün çox şey var. Bu mükafata görə hər kəsə minnətdaram. Amma yenidən ölkə çempionatına fokuslanmalıyıq. Daxili yarışlarda uğur qazanmasan, Avropada sənə yer yoxdur".

Qeyd edək ki, Linfield Avropa Liqasının pley-off mərhələsində Qarabağ-la qarşılaşıb. Belfastda 3:2 hesablı qələbə qazanan Şimali İrlandiya təmsilçisi Bakıda 1:2 hesabı ilə yenilərək mübarizəni dayandırıb. (matc.az)

Ən maraqlısı hansıdır?

ÇEMPİONLAR LİQASI
%
AVROLİQA
%
AVROPA ÇEMPİONATI
%
DÜNYA ÇEMPİONATI
%
33811 səs