18/09/2019
16:53
3709
| A A A
Ter Ştegen - Noyer krizinin nəticəsi - biri milli karyerasını bitirəcək

Bayern Munich-in qapıçısı və kapitanı Manuel Noyer milli karyerasını başa vurmağa hazırlaşır.

Goal.az xəbər verir ki, 33 yaşlı qolkiper AVRO-2020-dən sonra Almaniya yığmasından getməyi düşünür. Onun Barcelona-lı həmkarı Mark-Andre ter Ştegenin sözlərindən məyus olduğu və bu üzdən ayrılmaq qərarına gəldiyi bildirilir.

Ter Ştegen milli ilə bağlı açıqlama verərkən ehtiyatda qalmaqdan məyus olduğunu gizlətməmişdi: "Milli komandada ehtiyatda qalmağım mənim üçün çətindir. Əlindən gələni edirsən, ancaq olmaq istədiyin yerdə deyilsən. Artıq 1 nömrə olmaq istəyirəm".

Noyer isə komanda yoldaşının bu sözlərindən incikliyini gizlətməmişdi: "Ter Ştegenin dediklərini eşitdim və bu düşündüklərinə üzümə deməməsi xoşuma gəlmədi. Biz bir komandayıq və qazanmaq üçün mümkün olan hər şeyi etməliyik. Bu cür davranışın bizə xeyri dəyməz. Dürüst olmaq lazımdırsa, əsas qapıçı olmağımın səbəbi daha yaxşı olmağımdır. Hamımız oynamaq istəyirik. Komanda olaraq, qapıçılar olaraq bir-birimizə bağlı qalmalıyıq. Önəmli olan komandadır".

Qeyd edək ki, Manuel Noyer 2009-cu ildən Almaniya yığmasının əsas qapıçısıdı.

Ən maraqlısı hansıdır?

ÇEMPİONLAR LİQASI
%
AVROLİQA
%
AVROPA ÇEMPİONATI
%
DÜNYA ÇEMPİONATI
%
36034 səs