Ansu Fati seçimini etdi - Portuqaliya, yoxsa İspaniya?
Barcelona-nın futbolçusu Ansu Fati sabah İspaniya vətəndaşlığı alacaq.
Goal.az "AS" nəşrinə istinadən xəbər verir ki, 16 yaşlı hücumçunun Braziliyada keçiriləcək dünya çempionatında İspaniyanın U-17 millisində oynamağı planlaşdırılır.
Qvineya-Bisauda doğulan Fatinin Portuqaliya yığmasında da oynamaq variantı olub, amma o, İspaniya millisini seçib.
Qeyd edək ki, A. Fati bu mövsüm oynadığı 3 matçda 2 qol vurub və 1 qolun ötürməsini verib.
Bizi hansı ölkədən izləyirsiniz?
AZƏRBAYCAN
TÜRKİYƏ
RUSİYA
DİGƏR