08/10/2019
11:43
905
| A A A
Luçesku Şeydayevin baş məşqçisi ola bilər

Azərbaycan millisinin futbolçusu Ramil Şeydayevin çıxış etdiyi Rusiyanın Dinamo (Moskva) komandasının baş məşqçi postuna Mirça Luçesku təyin oluna bilər. 

Goal.az xəbər verir ki,Luçeskunun agenti Arkadi Zaporjan "Sport24" nəşrinə açıqlamasında, Dinamo rəsmiləri ilə danışıqlar aparıldığını bildirib: "Hələ Luçeskuya müqavilə təklif olunmayıb. O, Moskvaya gəlməyi planlaşdırır, amma səfərin nə zaman gerçəkləşəcəyini deyə bilmərəm. Bu variant real görünür. İstərdim ki, komandaya o rəhbərlik etsin. Hələlik məsələnin nə zaman həllini tapacağını deyə bilmərəm". 

Xatırladaq ki, Rusiya Premyer Liqasının XII turunda Orenburg-a 0:2 hesablı səfər məğlubiyyətindən sonra  Dinamo-nun baş məşqçisi Dmitri Xoxlov istefaya göndərilib. 

Ən maraqlısı hansıdır?

ÇEMPİONLAR LİQASI
%
AVROLİQA
%
AVROPA ÇEMPİONATI
%
DÜNYA ÇEMPİONATI
%
37007 səs