22/10/2019
09:27
3205
| A A A
"Qızıl top"a iddialıların siyahısı açıqlandı

"France Football" nəşri "Qızıl top"a iddialıların siyahısını açıqlayıb.

Goal.az xəbər verir ki, siyahıda ümumilikdə 30 futbolçunun adı yer alıb.

Siyahıda Sadio Mane (Liverpool, Seneqal), Serxio Aquero (Manchester City, Argentina), Frenki de Yonq (Ajax / Barcelona, Niderland), Uqo Loris (Tottenham Hotspur, Fransa), Duşan Tadiç (Ajax, Serbiya), Kilian Mbappe (PSG, Fransa), Trent Aleksander-Arnold (Liverpool, İngiltərə), Donni van de Bek (Ajax, Niderland), Per-Emerik Obameyanq (Arsenal, Qabon), Mark-Andre ter Şteqen (Barcelona, Almaniya), Kriştianu Ronaldu (Juventus, Portuqaliya), Alison Beker (Liverpool, Braziliya), Mateys de Liqt (Ajax/ Juventus, Niderland), Kerim Benzema (Real, Fransa), Jorjino Veynaldum (Liverpool, Niderland), Virdjil van Deyk (Liverpool, Niderland), Bernardu Silva (Manchester City, Portuqaliya), Son Hın Min (Tottenham Hotspur, Cənubi Koreya), Roberto Firmino (Liverpool, Braziliya), Robert Levandovski (Bayern Munich, Polşa), Lionel Messi (Barcelona, Argentina), Riyad Marez (Manchester City, Əlcəzair), Kevinde Bryoyn (Manchester City, Belçika), Kalidu Kulibali (Napoli, Seneqal), Antuan Qrizmann (Atletico/Barcelona, Fransa), Məhəmməd Salah (Liverpool, Misir), Eden Azar (Chelsea/Real, Belçika), Markinos (PSG, Braziliya), Joau Feliş (Benfica/Atletico, Portuqaliya), Rahim Sterlinq (Manchester City, İngiltərə) kimi məşhur futbolçuların adları yer alıb.

Qeyd edək ki, "France Football"un versiyasına görə dünyanın ən yaxşı futbolçusu dekabrın 2-də Parisdə elan ediləcək.

Ötən il "Qızıl top" "Real"ın və Xorvatiya yığmasının yarımmüdafiəçisi Luka Modriç qazanıb.

Millinin biabırçı nəticələrinə görə günahkar kimdir?

AFFA
%
FUTBOLÇULAR
%
BAŞ MƏŞQÇİ
%
DİGƏR
%
578 səs