31/10/2019
20:27
858
| A A A
Bölgə klubu Azərbaycan Kubokunda iştirak etməməsinin səbəbini açıqladı

Futbol üzrə I Divizionda çıxış edən "Turan Tovuz" klubunun ölkə kubokunda iştirak etməməsinin səbəbi bəlli olub.

Goal.az xəbər verir verir ki, bu barədə "Report"a bölgə təmsilçisinin Müşahidə Şurasının sədri Oqtay Abdullayev məlumat verib.

O, komandanın ev oyunlarını keçirdiyi Tovuz şəhər stadionunda təmir işlərinin davam etdiyini bildirib.

Abdullayev Premyer Liqa komandaları ilə I Divizion təmsilçilərinin arasında səviyyə fərqinin də olduğunu sözlərinə əlavə edib: "Hazırda I Divizionda çempionluq üçün oynayırıq. Növbəti mövsüm Premyer Liqada iştirakı hədəfləyirik. Bu səbəblərə görə ölkə kubokunda iştirakdan imtina etdik".

Qeyd edək ki, "Turan Tovuz" hazırda I Divizionda 18 xalla liderdir. Ölkə kubokunda 12 komandanın iştirak edəcəyi dəqiqləşib. "Turan Tovuz"la yanaşı, MOİK də yarışda iştirakdan imtina edib.

Ən maraqlısı hansıdır?

ÇEMPİONLAR LİQASI
%
AVROLİQA
%
AVROPA ÇEMPİONATI
%
DÜNYA ÇEMPİONATI
%
39281 səs