01/11/2019
15:10
403
| A A A
Serena Uilyamsın sınmış raketkası hərraca çıxarıldı

ABŞ tennisçisi Serena Uilyamsın 2005-ci ildə Uimbldonda azarkeşə hədiyyə etdiyi sınmış raketkası auksiona çıxarılıb.

Goal.az “Tennis World USA” portalına istinadən xəbər verir ki, raketkanın başlanğıc qiyməti 8 min dollardır. 38 yaşlı idmançı 14 il öncə baş tutan turnirin ilk dövrəsində həmyerlisi Ancela Heynsə qarşı məhz bu raketka ilə oynayıb.

O, ilk seti uduzandan sonra emosional şəkildə raketkanı sındırıb və azarkeşə verib, görüşü isə qələbə ilə başa vurub.

Qeyd edək ki, Serena Uilymas Böyük Dəbilqə turnirlərində 23 dəfə qalib gəlib. Rekord isə avstraliyalı Marqaret Korta aiddir – 24 qələbə.

Ən maraqlısı hansıdır?

ÇEMPİONLAR LİQASI
%
AVROLİQA
%
AVROPA ÇEMPİONATI
%
DÜNYA ÇEMPİONATI
%
39279 səs