02/11/2019
18:56
565
| A A A
Yamayka yığmasının üzvü öldürüldü

Yamayka milli komandasının qadın futbolçusu Taraniya Klark bıçaqlanaraq öldürülüb.

Goal.az xəbər verir ki, 20 yaşlı yarımmüdafiəçi xəstəxanada dünyasını dəyişib.

Qeyd edilir ki, hadisə oktyabrın 31-də, yerli vaxtla saat 21:00 radələrində onun telefon danışığından sonra baş verib. Klark və başqa qadın arasında mobil telefon üstündə mübahisə yaranıb. Mübahisə davaya çevrilib və futbolçu bıçaqlanıb. O, xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.

Hadisəni törətməkdə şübhəli bilinən şəxs isə saxlanılıb.

Qeyd edək ki, Taraniya Klark "Uoterhaus" klubunun üzvü idi.

Ən maraqlısı hansıdır?

ÇEMPİONLAR LİQASI
%
AVROLİQA
%
AVROPA ÇEMPİONATI
%
DÜNYA ÇEMPİONATI
%
39279 səs