10/12/2019
12:54
2349
| A A A
Məşhur futbolçu həbs edilə bilər

Braziliya yığma komandasının sabiq hücumçusu Mişel Bastos cinayət məsuliyyətinə cəlb edilə bilər.

Goal.az xəbər verir ki, keçmiş futbolçu vergi saxtakarlığı və çirkli pulların yuyulmasında ittiham olunur. Ona qarşı irəli sürülən ittihamlardan biri də 2018-ci ildə villasını narkotik alverçisinə satması olub. Buna görə braziliyalını həbs cəzası gözləyir.

Xatırladaq ki, karyerası ərzində Bastos Feyenoord, Lille və Lyon, Schalke və Roma kimi klublarında oynayıb. Braziliyalı hücumçu karyerasını bu ilin payızında bitirib.