12/12/2019
16:53
6627
| A A A
Çempionlar Liqasında 1/8 final mərhələsinin püşkatmasının tarixi bilindi

UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinin püşkatma mərasiminin keçiriləcəyi vaxt məlum olub.

Goal.az xəbər verir ki, İsveçrənin Nyon şəhərində təşkil olunacaq tədbir dekabrın 16-da, saat 15:00-da başlayacaq. Püşk zamanı komandalar iki səbətdə yer alacaq. Püşkdə heç bir komanda öz ölkəsindən olan və qrupda qarşılaşdığı klubla düşə bilməz.

1/8 final mərhələsinin ilk oyunları 18-19 və 25-26 fevralda, cavab görüşləri 10-11 və 17-18 martda keçiriləcək.

Çempionlar Liqası, 1/8 final mərhələsi, səbətlər

Səpələnmişlər: Barcelona (İspaniya), Bayern Munich (Almaniya), Juventus (İtaliya), Leipzig (Almaniya), Liverpool (İngiltərə), Manchester City (İngiltərə), PSG (Fransa), Valencia (İspaniya)

Səpələnməmişlər: Atalanta (İtaliya), Atletico Madrid (İspaniya), Chelsea (İngiltərə), Borussia Dortmund (Almaniya), Lyon (Fransa), Napoli (İtaliya), Real Madrid (İspaniya), Tottenham (İngiltərə).

Bizi hansı ölkədən izləyirsiniz?

AZƏRBAYCAN
%
TÜRKİYƏ
%
RUSİYA
%
DİGƏR
%
12173 səs