17/03/2020
10:00
3319
| A A A
Ronaldinyo azadlığa buraxılmadı

Paraqvay məhkəməsi Braziliya millisinin sabiq futbolçusu Ronaldinyo barədə həbs qətimkan tədbirinin dəyişdirilməsini rədd edib.

Goal.az xəbər verir ki, sabiq oyunçunun vəkilinin ev dustaqlığına buraxılması ilə bağlı vəsatəti təmin edilməyib. Bunun üçün 1.4 milyon avro məbləğində girov təklif olunsa da, məhkəmə bundan imtina edib.

Xatırladaq ki, Ronaldinyo və qardaşı Paraqvayda saxta pasport təqdim edərkən saxlanılıblar. Məhkəmə saxta sənədlərin düzəldilməsində ittiham olunan sabiq futbolçu barədə 6 aylıq həbs qərarı verib.