17/03/2020
11:07
2410
| A A A
Valencia-nın 35 faizi koronavirusa yoluxdu

Valencia-da komandanın 35 faizi koronavirusa yoluxub.

Goal.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb. Məlumatda Çempionlar Liqasının 1/8 final mərhələsində Atalanta ilə matçdan sonra oyunçu və işçilərdən götürülən koronavirus testinin müsbət çıxdığı bildirilib.

Bundan əvvəl Valencia-nın müdafiəçiləri Esekyel Qaray və Elyakim Manqalanın koronavirusa yoluxduğu aşkarlanmışdı.

Qeyd edək ki, İspaniyada indiyədək koronavirusa 9.191 nəfər yoluxub, 309 nəfər isə dünyasını dəyişib.