17/03/2020
12:42
1473
| A A A
Koronavirus Serbiyaya da təsir etdi

Serbiya Futbol Birliyi koronavirus pandemiyasına görə ölkədəki bütün idman tədbirlərini ləğv edib.

Goal.az xəbər verir ki, bu barədə yerli federasiyanın rəsmi saytı məlumat yayıb. Xəbərdə, bütün futbol yarışlarının qeyri-müəyyən müddətə təxirə salındığı bildirilib.

Bir müddət əvvəl Serbiya Futbol Birliyinin prezidenti Slaviş Kokezdə koronavirus aşkarlanmışdı.