17/03/2020
23:44
2923
| A A A
Juventus-un daha bir futbolçusu koronavirusa yoluxdu

İtaliya çempionu “Juventus”un daha bir futbolçusunda koronavirus aşkarlanıb.

Goal.az xəbər verir ki, Turin təmsilçisinin fransalı müdafiəçisi Blez Matuididə də testlərin nəticəsi pozitiv çıxıb.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 32 yaşlı yarımmüdafiəçinin hazırda özünü yaxşı hiss etdiyi və həkim nəzarətində olduğu diqqətə çatdırılıb.

Xatırladaq ki, “Juventus”da ilk olaraq müdafiəçi Daniel Ruqanidə koronavirus tapılmışdı. Həmin gündən klubun bütün işçiləri və futbolçuları karantinə alınıb.