12/05/2020
19:15
701
| A A A
Avropanın daha bir ölkəsində çempionat bərpa olunur

Avstriyada da milli çempionat bərpa olunur.

Goal.az xəbər verir ki, bu haqda Avstriya Futbol İttifaqı məlumat yayıb. Federal hökumətin bununla bağlı razılıq verdiyi bildirilib.

Bundesliqanın iyunun 2-də bərpa edilməsi, kubokun final matçının isə mayın 30-da keçirilməsi nəzərdə tutulub. Oyunlara azarkeş buraxılmayacaq.

Qeyd edək ki, Avstriya Bundesliqası koronavirus pandemiyasına görə mart ayında, 22-ci turda dayandırılıb.

Millinin bərbad nəticələrinə görə günahkar kimdir?

AFFA
%
FUTBOLÇULAR
%
BAŞ MƏŞQÇİ
%
DİGƏR
%
5128 səs