02/07/2020
18:29
2844
| A A A
Ronaldonun rekordu yeniləndi

Sporting-in futbolçusu Joelson Fernandeş Juventus-da çıxış edən Kriştiano Ronaldonun rekordunu yeniləyib.

Goal.az xəbər verir ki, hücumçu buna çempionatın XXIX turunda Gil Vicente ilə matçda nail olub. Fernandeş 17 yaş 4 ay 3 günündə əsas komandada debüt edib.

Ronaldo isə Sporting-də İnter-ə qarşı 17 yaş 6 ay 9 günündə meydana çıxıb.

Qeyd edək ki, Kriştiano Ronaldo Sporting-də 25 oyuna 3 qol vurub.

Bizi hansı ölkədən izləyirsiniz?

AZƏRBAYCAN
%
TÜRKİYƏ
%
RUSİYA
%
DİGƏR
%
13164 səs