16/07/2020
10:00
1292
| A A A
FİFA 5 əvəzetmə ilə bağlı qərar verdi - RƏSMİ

FİFA 5 oyunçu dəyişikliyi qaydasını 2020/2021 mövsümünə qədər uzadıb.

Goal.az xəbər verir ki, bu barədə qurumun saytı məlumat yayıb.

Beləliklə, komandalar gələn il avqustun 31-nə kimi 5 əvəzetmədən istifadə edə biləcək.

Qeyd edək ki, bundan əvvəl FİFA koronavirus pandemiyasına görə dayandırılmış mövsümün bərpasından sonra qalan matçlarda 5 oyunçu dəyişikliyinə icazə vermişdi. Bu qərarın verilməsinə səbəb futbolçulara əlavə yükləmə və zədədən qaçmağa kömək etməkdir.

Bizi hansı ölkədən izləyirsiniz?

AZƏRBAYCAN
%
TÜRKİYƏ
%
RUSİYA
%
DİGƏR
%
12660 səs