05/08/2020
15:26
1356
| A A A
UEFA yeni qərarlar verdi

Çempionlar Liqası və Avropa Liqasında bu mövsüm 1/8 finalın oyunlarından sonra futbolçuların sarı vərəqələri silinəcək.

Goal.az xəbər verir ki, bu barədə UEFA-nın mətbuat xidməti məlumat yayıb. UEFA rəhbərliyi yeni mövsüm üçün də müəyyən qərarlar qəbul edib. Yeni mövsümdə ÇL və AL-in təsnifat və pley-off mərhələsinin oyunlarında alınan sarı vərəqələr qrup mərhələsinin matçlarına təsir etməyəcək.

Yeni mövsümdə UEFA bayrağı altında keçirilən qarşılaşmanın oynanılacağı ölkədə karantin və ya səyahət məhdudiyyətləri olacağı halda, oyun başqa ölkədə keçirilə bilər.

Bundan başqa, klublarda bir neçə nəfərin virusa yoluxması da oyunlara təsir etməyəcək. Belə ki, yeni mövsümdə bir klubda biri qapıçı olmaqla, ümumilikdə 13 futbolçu hazır vəziyyətdədirsə, qarşılaşmalar oynanılacaq.

Bizi hansı ölkədən izləyirsiniz?

AZƏRBAYCAN
%
TÜRKİYƏ
%
RUSİYA
%
DİGƏR
%
19126 səs