01/03/2021
14:24
1684
| A A A
Türkiyəli futbolçu İngiltərədə irqçiliklə üzləşdi

İngiltərənin Derby County klubunda çıxış edən Türkiyə millisinin sabiq futbolçusu Kolin Kazım irqçiliyə məruz qalıb.

Goal.az xəbər verir ki, 35 yaşlı hücumçu Çempionşipdə XXXIII turun Nottingham Forest-lə matçından sonra təzyiqlərlə üzləşib.

1:1 hesablı heç-heçə ilə yekunlaşan görüşün ardından sosial şəbəkələrdə Kolin Kazıma pakistanllılar üçün pis ifadə hesab edilən "paki" yazılıb. Forvard açıqlamasında bunun üçün üzüldüyünü vurğulayıb.

Türkiyə Futbol Federasiyasına məxsus milli komandanın rəsmi tvitter hesabı Kazımın yanında olduqlarını bildirib. Paylaşımda futbolçunun Türkiyə seçməsinin Azərbaycan millisi ilə oyunundakı fotosu əksini tapıb.

Derby County-da məsələ biganə yanaşmayıb. Klub paylaşımında idmanda və cəmiyyətdə irqçiliyə yer olmadığını diqqətə çatdırıb.

Qeyd edək ki, Türkiyədə Fenerbahçe və Galatasaray-ın formasını geyinmiş Kolin Kazım 2007 - 2015-ci illərdə Türkiyə yığmasında çıxış edib.

Çempionlar Liqasını kim qazanacaq?

PSG
%
MANCHESTER CITY
%
REAL MADRID
%
CHELSEA
%
13771 səs