04/04/2021
18:21
4436
| A A A
Chelsea-nin sabiq futbolçusu klubsuz qaldı

Fil Dişi Sahili milli komandasının və Chelsea-nin sabiq hücumçusu Salomon Kalu Botafogo klubundan ayrılıb.

Goal.az xəbər verir ki, bu barədə Braziliya təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

35 yaşlı hücumçu ilə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib.

Kalu, İngiltərədə Chelsea, Fransada Lille Almaniyada Hertha və Niderlandda Feyenoord-da çıxış edib. Hücumçu Fil Dişi Sahili yığmasında 97 oyunda 28 qol vurub.

Çempionlar Liqasını kim qazanacaq?

CHELSEA
%
MANCHESTER CITY
%
11343 səs