21/04/2021
17:15
1855
| A A A
Avropa Superliqasında iki klub qaldı

Milan və Juventus da Avropa Superliqasında iştirak etməkdən rəsmən imtina ediblər.

Goal.az xəbər verir ki, bu barədə hər iki klubun mətbuat xidməti məlumat yayıb.

Juventus-un prezidenti Andrea Anyelli Superliqanın vitse-prezidenti seçilmişdi. O, bu layihəyə görə Avropa Klublar Birliyinin prezidenti və UEFA İcraiyyə Komitəsinin üzvü vəzifəsindən istefa verib.

Xatırladaq ki, bundan əvvəl İngiltərənin Liverpool, Arsenal, Manchester United, Tottenham, Manchester City, Chelsea, İspaniyanın Atletico, İtaliyanın İnter klubları Avropa Super Liqasını tərk etdiklərini açıqlayıblar. Hazırda turnirin yaradıcılarından yalnız İspaniya klubları - Real Madrid və Barcelona geri addım atmayıb.

Çempionlar Liqasını kim qazanacaq?

CHELSEA
%
MANCHESTER CITY
%
11230 səs