25/04/2021
19:23
736
| A A A
Argentina Amerika Kubokuna ev sahibliyindən imtina edir

Argentina bu yay keçiriləcək Amerika kubokuna ev sahibliyindən imtina edəcək.

Goal.az xəbər verir ki, bu barədə ESPN məlumat yayıb.

Buna səbəb Argentinada koronavirusa yoluxma hallarının artmasıdır. Ölkə rəhbərliyi Cənubi Amerika Futbol Konfederasiyasına (CONMEBOL) bununla bağlı müraciət edəcək.

Amerika kubokuna daha əvvəl Argentina və Kolumbiyanın ev sahibliyi edəcəyi açıqlanmışdı. Argentinanın çəkilmə qərarından sonra qarşılaşmaların yalnız Kolumbiyada keçirilməsi gözlənilir.

Bu ilin iyun və iyul aylarında keçiriləcək Amerika kubokunda Argentina, Kolumbiya, Çili, Braziliya, Ekvador, Paraqvay, Boliviya, Venesuela, Uruqvay və Peru iştirak edəcək.

Çempionlar Liqasını kim qazanacaq?

CHELSEA
%
MANCHESTER CITY
%
11022 səs