28/04/2021
13:25
583
| A A A
Azərbaycanlı hakim dünya çempionatı üçün namizəd hakimlər siyahısında

2021-ci ildə Rusiyada təşkil olunacaq çimərlik futbolu üzrə dünya çempionatının final mərhələsinin oyunlarını idarə edəcək namizəd hakimlərin adları açıqlanıb.

Goal.az xəbər verir ki, 48 hakimin yer aldığı ilkin siyahıda çimərlik futbolu üzrə FİFA referisi İnqilab Məmmədovun da adı var.

Qeyd edək ki, 24 referinin yer alacağı yekun siyahı 2021-ci ilin iyulunda açıqlanacaq.

Çempionlar Liqasını kim qazanacaq?

CHELSEA
%
MANCHESTER CITY
%
11022 səs