30/04/2021
16:29
1805
| A A A
Məşhur model Ronaldodan 56,6 milyon tələb edir

Portuqaliya millisinin və Juventus-un futbolçusu Kriştiano Ronaldonu onu zorlamaqda ittiham edən amerikalı model Ketrin Mayorqa kompensasiya istəyir.

Goal.az xəbər verir ki, o, ümumilikdə 56,6 milyon funt sterlinq tələb edir.

Bunun 18 milyonu keçmişdəki ağrı-acılara, 18 milyonu gələcəkdə onu rahat buraxmayacaq ağrı-acılara görədir.

Ronaldo daha 18 milyonu cərimə sanksiyası kimi ödəməli, Katrinin məhkəmə müddətindəki 2,6 milyonluq xərclərini də qarşılamalıdır.

Məhkəmə prosesi 2018-ci ilin sentyabrında başlayıb. Model Ronaldonun onu 2009-cu ilin iyununda otellərin birində zorladığını iddia edib. Onun sözlərinə görə Ronaldo susmaq üçün 375 min dollar verib.

Portuqaliyalı bu pulu verdiyini də boynuna alıb. 2019-cu ilin iyununda Las-Veqas məhkəməsi araşdırmalara son verib. Prokurorluq Ronaldonun ittihamla bağlı məsuliyyətə cəlb olunmayacağını açıqlayıb.

Çempionlar Liqasını kim qazanacaq?

CHELSEA
%
MANCHESTER CITY
%
11022 səs