01/05/2021
19:37
1729
| A A A
Neymar ilin ən yaxşısı seçildi

2020-ci ilin yekunlarına əsasən Avropada oynayan ən yaxşı braziliyalı futbolçu məlum olub.

Goal.az xəbər verir ki, azarkeşlər, keçmiş futbolçular və baş məşqçilər arasında keçirilən sorğuda PSG-nin futbolçusu Neymar qalib olub. 29 yaşlı futbolçuya Samba Gold nükafatı verilib.

Neymar karyerası ərzində 4-cü dəfə bu mükafatı qazanıb. Hücumçu daha əvvəl 2014, 2015 və 2017-ci ildə Avropada oynayan ən yaxşı braziliyalı futbolçu seçilmişdi.

Qeyd edək ki, Samba Gold-u ötən il Liverpool-dan Alisson Bekker qazanmışdı.

Çempionlar Liqasını kim qazanacaq?

CHELSEA
%
MANCHESTER CITY
%
11022 səs