02/05/2021
14:25
2941
| A A A
Çempionşipin qalibi müəyyənləşdi

İngiltərə Çempionşipində 2020/21 mövsümünün qalibi müəyyənləşib.

Goal.az xəbər verir ki, Norwich City sona iki tur qalmış çempionluğu təmin edib.

Daniel Farkenin kollektivi ötən gün 45-ci tur çərçivəsində baş tutan Reading-lə oyunda 4:1 hesabı ilə qalib gəlib. Bununla da komanda hesabındakı xalların sayı 96-ya çatdırıb. Beləcə, Norwich City ən yaxın izləyicisi Watford-la fərqi 8-ə çatdırıb.

Qeyd edək ki,  Norwich City gələn mövsüm üçün Premyer Liqaya vəsiqəni də təmin edib. Həmçinin qeyd edək ki, bu, Norwich City-nin Çempionşipdə son 3 mövsümdə 2-ci qələbəsidir.

Əlavə edək ki, ötən mövsüm də ölkənin əsas çempionatında çıxış edən Norwich City yarışı sonuncu pillədə tamamlayaraq aşağı liqaya düşmüşdü.

Çempionlar Liqasını kim qazanacaq?

CHELSEA
%
MANCHESTER CITY
%
10807 səs