07/05/2021
10:40
1980
| A A A
David Vilyanın yeni klubu bilindi

İspaniya millisinin sabiq üzvü David Vilya Hindistanda çalışacaq.

Goal.az xəbər verir ki, keçmiş hücumçu Odisha klubu ilə müqavilə bağlayıb. Superliqa təmsilçisinin mətbuat xidməti Vilyanın Qlobal Futbol Əməliyyatları şöbəsinə rəhbərlik edəcəyini açıqlayıb.

Qeyd edək ki, Valencia, Barcelona, Atletico kimi klublarda çıxış etmiş 39 yaşlı Vilya ötən ilin yanvarında futbolçu karyerasını başa vurub.