12/05/2021
10:40
2807
| A A A
Portuqaliya çempionu müəyyənləşdi

Portuqaliya çempionatında bu mövsümün qalibi müəyyənləşib.

Goal.az xəbər verir ki, bu, Sporting-dir. Komanda 32-ci turda Boavista-ya 1:0 hesabı ilə qalib gələrək xalını 82-yə yüksəldib və yarışın bitməsinə 2 tur qalmış ən yaxın izləyicisi Porto (74 xal) üçün əlçatmaz olub.

Beləliklə, Sporting tarixində 19-cu dəfə ölkə çempionu adına yiyələnib. Lissabon təmsilçisi sonuncu dəfə 2001/2002 mövsümündə qalib olmuşdu.