27/05/2021
14:57
2143
| A A A
Torres karyerasını bərpa edir

İspaniya milli komandasının sabiq futbolçusu Fernando Torres karyerasını bərpa etməyə qərar verib.

Goal.az xəbər verir ki, bu barədə Torres instaqram hesabında paylaşım edib. O, yenidən yaşıl meydanlara qayıdacağını açıqlayıb.

Torres futbolçu karyerasında Atletico Madrid, Liverpool, Chelsea, Milan kimi klubların formasını geyinib. Sabiq hücumçu 2019-cu ilin yayında karyerasını bitirdiyini açıqlamışdı.

37 yaşlı Torres son olaraq Atletico-nun əvəzedici komandasında baş məşqçilik etmişdi.