30/05/2021
16:07
2273
| A A A
Jardimin yeni iş yeri bəlli oldu

Son olaraq Monaco komandasında baş məşqçilik edən Leonardo Jardimin yeni iş yeri məlum olub.

Goal.az xəbər verir ki, 46 yaşlı mütəxəssis Səudiyyə Ərəbistanı təmsilçisi Al Hilal-ı çalışdıracaq.

Bu barədə italyan jurnalist Fabritsio Romano özünün tvitter hesabında paylaşım edib. O, Jardimin Al Hilal-la müddəti 2022-ci ilin yayına qədər olan müqavilə imzalayacağını bildirib.

Jardim son olaraq Monaco-nu çalışdırıb. Portuqaliyalı mütəxəssis 2019-cu ilin dekabrından işsizdir.