01/06/2021
10:40
1472
| A A A
Amerika kubokunun yeni ev sahibi bilindi

Amerika kubokuna ev sahibliyi edəcək ölkə dəyişdirilib.

Goal.az xəbər verir ki, bu barədə Cənubi Amerika Futbol Konfederasiyasından (CONMEBOL) tvitter səhifəsi məlumat yayıb. Argentina mövcud şərtlər səbəbindən turnirə ev sahibliyi etmək hüququndan məhrum edilib, lakin dəqiq səbəb göstərilməyib. Hazırda ölkədə koronavirus yayılmaqda davam edir.

Turnirin Braziliyada keçiriləcəyi bildirilib.

Bundan əvvəl Kolumbiya turnirə ev sahibliyi etmək hüququndan məhrum edilmişdi. Səbəb ölkədəki siyasi qarışıqlıq və mənfi epidemioloji mənzərə idi.

Qeyd edək ki, Amerika kuboku 13 iyun - 10 iyul tarixlərində keçiriləcək.