02/06/2021
15:25
1583
| A A A
Dinamo Luçesku ilə bağlı qərarını verdi

Dinamo Kiev baş məşqçisi Mirça Luçesku ilə müqaviləsini yeniləyib.

Goal.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb. 75 yaşlı mütəxəssislə 2 illik - 2023-cü ilin yayına qədər yeni sözləşmə imzalandığı bildirilib.

Qeyd edək ki, Luçesku ötən ildən Kiyev təmsilçisini çalışdırır. Onun rəhbərliyi altında Dinamo Ukrayna çempionluğu, kuboku və superkuboku qazanıb.