03/06/2021
23:30
3080
| A A A
Məşhur futbolçu karyerasını bitirdi

Danimarka milli komandasının sabiq hücumçusu Niklas Bendtner karyerasını bitirib.

Goal.az xəbər verir ki, bu barədə 33 yaşlı futbolçu özü açıqlama verib.

Bendtnerin son klubu Danimarka Kopenhaven-i olub. O, 2020-ci ilin avqustundan işsiz idi.

Hücumçu daha əvvəl İngiltərədə Arsenal, Sunderlend, Nottingham Forest, Almaniyada Wolfsburg, İtaliyada Juventus kimi klublarda çıxış edib.

Bendtner Danimarka millisində 81 oyuna 30 qol vurub.