04/06/2021
21:51
1842
| A A A
UEFA Superkubokunun stadionu bilindi

Chelsea UEFA Superkuboku matçının məkanını açıqlayıb.

Goal.az klubun saytına istinadən xəbər verir ki, London təmsilçisinin Villarreal-a qarşı keçirəcəyi oyun avqustun 11-i Şimali İrlandiyanın Belfast şəhərindəki Vindzor Park stadionunda olacaq.

Qeyd edək ki, Chelsea Çempionlar Liqasının qalibi, Villarreal Avropa Liqasının qalibi kimi Superkubokda iştirak edəcək.