05/06/2021
13:29
1031
| A A A
İtalyan futbolçu qardaşının xatirəsinə həsr edilmiş matç zamanı ölüb

"Parma" klubunun futbolçusu Cüzeppe Perrino üç il əvvəl vəfat etmiş qardaşının xatirəsinə həsr edilmiş matç zamanı dünyasını dəyişib.

Goal.az xəbər verir ki, futbolçu oyun zamanı huşunu itirib. Hadisə yerinə gəlmiş təcili tibbi yardım briqadası onun həyatını xilas etməyə nail olmayıb. Həkimlərin sözlərinə görə, Cüzeppe Perrinonun ölümünə infarkt səbəb olub. Qeyd edək ki, onun qardaşı Rokko Perino da üç il əvvəl oyun zamanı infarktdan ölüb.

Cuzeppe Perino karyerasının çox hissəsini İtaliyanın aşağı liqalarında keçirib. O, 2012-ci ildə "Parma"ya keçib, amma rəsmi görüşdə iştirak etməyib.

Klub və şəhərin meri oyunçunun ailəsinə başsağlığı verib. Bununla yanaşı, Respublika Gününün qeyd edilməsi də ləğv olunub.