10/06/2021
14:51
1610
| A A A
UEFA intizam işini dayandırdı

UEFA İspaniyanın Real Madrid və Barcelona, eləcə də İtaliyanın Juventus klublarına qarşı açdığı intizam işini müvəqqəti dayandırıb.

Goal.az xəbər verir ki, bu barədə qitə futbol qurumunun rəsmi saytı məlumat yayıb.

Qeyd edək ki, mayın 25-də UEFA-nın etika və intizam məsələləri üzrə inspektorlarının apardığı araşdırmalardan sonra bu üç klub haqqında intizam işi açılmışdı. İş UEFA-nın normativ-hüquqi bazasının mümkün pozuntusu ilə əlaqədar qaldırılmışdı. Proseslə bağlı əlavə informasiyanın daha sonra veriləcəyi vurğulanmışdı. İyunun 9-da isə UEFA intizam işinin müvəqqəti dayandırıldığını açıqlayıb.