21/07/2021
11:27
1318
| A A A
Sumqayıt Konfrans Liqasında mübarizəyə başlayır

Bu gün Avropa Konfrans Liqasında 2-ci təsnifat mərhələsinin daha bir oyunu baş tutacaq.

Goal.az xəbər verir ki, günün yeganə qarşılaşması Sumqayıt-la Serbiyanın Cukaricki komandası arasında baş tutacaq.

Azərbaycan təmsilçisi bu rəqiblə ilk matçına səfərdə çıxacaq.

Azərbaycanı bu turnirdə təmsil edəcək digər komandalar – Qarabağ-la Keşlə isə ilk matçını sabah keçirəcək.

Avropa Konfrans Liqası

2-ci təsnifat mərhələsi

21 iyul

22:00. Cukaricki – Sumqayıt

Baş hakim: Fedayi San (İsveçrə).

Belqrad. “Çukariçki” stadionu.