21/07/2021
23:53
1243
| A A A
Sumqayıt Serbiyadan sərfəli nəticə ilə qayıdır

Sumqayıt UEFA Konfrans Liqasında mübarizəyə başlayıb.

Goal.az xəbər verir ki, Ayxan Abbasovun baş məşqçi olduğu komanda II təsnifat mərhələsində Serbiyada Chukarichki-nin qonağı olub.

Belqraddakı Chukarichki stadionunda keçirilən görüşü isveçrəli hakim Fedayi San idarə edib. Qarşılaşma qolsuz heç-heçə ilə başa çatıb.

Komandalar arasında cavab oyunu iyulun 29-da Sumqayıtda olacaq.

Qeyd edək ki, bu, Azərbaycan klublarının Konfrans Liqasındakı ilk oyunu kimi də tarixə düşüb.