22/07/2021
10:55
1386
| A A A
Bu gün Qarabağ Konfrans Liqasında ilk oyununu keçirəcək

Qarabağ bu gün Avropa Konfrans Liqasında ilk oyununa çıxacaq.

Goal.az xəbər verir ki, Azərbaycan təmsilçisi 2-ci təsnifat mərhələsi çərçivəsində İsrailin Ashdod komandası ilə üz-üzə gələcək.

Ağdam klubu bu rəqiblə ilk oyununu doğma meydanda keçirəcək. Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq matçda Qarabağ daha şanslı hesab olunur.

Bu komandalar arasındakı cavab oyunu iyulun 29-da İsraildə keçiriləcək.

Avropa Konfrans Liqası

2-ci təsnifat mərhələsi

20:00. Qarabağ - Aşdod

Baş hakim: Sergey Boyko (Ukrayna).

Bakı. Tofiq Bəhramov adına Respublika stadionu