29/11/2021
21:27
5732
| A A A
Klublararası dünya çempionatının püşkü atılıb

2022-ci ildə Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Abu-Dabidə təşkil olunacaq klublararası dünya çempionatının püşkatma mərasimi keçirilib.

"Report"un məlumatına görə, İsveçrənin Sürix şəhərində baş tutan tədbirdə ilk 3 mərhələdə, yarımfinal və finalda üz-üzə gələcək cütlüklər müəyyənləşib.

UEFA Çempionlar Liqasının son qalibi olan İngiltərə Chelsea-si və Libertadores Kubokunun son sahibi Braziliya Palmeiras-ı mübarizəyə yarımfinal mərhələsindən başlayacaq.

I mərhələ

1. Al-Jazzira (Birləşmiş Ərəb Əmirlikləri) - Auckland City (Yeni Zelandiya)

II mərhələ

2. Al-Ahli (Misir) - Monterrei (Meksika)

III mərhələ

3. Al-Hilal (Səudiyyə Ərəbistanı) - 1-ci cütün qalibi

Yarımfinal

4. Palmeiras (Braziliya) - 2-ci cütün qalibi

5. 3-cü cütün qalibi - Chelsea (İngiltərə)

Qeyd edək ki, klublararası dünya çempionatı 3 - 12 fevralda olacaq. Oyunların dəqiq tarixi hələlik bəlli deyil. Turnirin son qalibi Bayern Münich-dir.