İlin ən yaxşı gənc futbolçusu bəlli oldu
France Football nəşrinin təsis etdiyi 2021-ci ilin ən yaxşı gənc futbolçusu nominasiyası üzrə qalib müəyyənləşib.
Goal.az xəbər verir ki, mükafata İspaniya millisinin və Barcelona-nın yarımmüdafiəçisi Pedri layiq görülüb.
2-ci yeri Borussia Dortmund-un ingiltərəli oyunçusu Cud Bellingem, 3-cü yeri Bayern Münich-in vingeri Camal Musiala tutub.