01/12/2021
11:27
3384
| A A A
İlin ən yaxşı baş məşqçisi seçildi

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) 2021-ci ilin ən yaxşı klub baş məşqçisini açıqlayıb.

Goal.az xəbər verir ki, bu ada İngiltərənin Chelsea komandasına rəhbərlik edən Tomas Tuxel layiq görülüb.

48 yaşlı almaniyalı mütəxəssis 230 xalla bütün rəqiblərini qabaqlayıb.

İngiltərənin digər klubu Manchester City-yə rəhbərlik edən Pep Qvardiola ikinci olub. Daha öncə Bayern-ə rəhbərlik edən, bir müddət əvvəl Almaniya yığmasının sükanı arxasına keçən Hansi Flik isə üçüncü yerə layiq görülüb.

Tomas Tuxel (Almaniya – Chelsea) – 230

Pep Qvardiola (İspaniya – Manchester City) – 55

Hansi Flik (Almaniya – Bayern Münich) – 25

Unai Emeri (İspaniya – Villarreal) – 15

Dieqo Simeone (Argentina – Atletico Madrid) – 10