09/06/2022
17:51
1235
| A A A
Cəbrayıl-ın Region Kubokundakı rəqibi kim olacaq?

Azərbaycanda keçiriləcək futbol üzrə yeni UEFA Region Kubokunun ilkin seçmə mərhələsinin qruplarının bütün iştirakçıları müəyyənləşib.

Goal.az xəbər verir ki, sözügedən turnirdə ölkəmizi Region Liqasının qalibi "Cəbrayıl" təmsil edəcək. Komanda ilkin mərhələdə Belarus "Kolos"u ilə qarşılaşacaq. Bu komandalar arasında oyunlar Şamaxı şəhər stadionunda keçiriləcək.

Bakıdakı ASK Arenada isə 1-ci qrupda mübarizə aparan "Basiani" (Gürcüstan), "Kaskelen" (Qazaxıstan) və "Tallinn Zapoos" (Estoniya) klubları oynayacaq.

Qrup oyunları iyunun 23-dən 29-dək keçiriləcək. Birinci qrupdan olan komandalar bir-biri ilə bir dəfə, ikinci qrupdakı komandalar isə iki dəfə bir-birini sınağa çəkəcək. İyunun 29-da qrup qalibləri arasında keçiriləcək qarşılaşma onların hansı qruplara vəsiqə qazanacağını müəyyən edəcək.