10/06/2022
12:22
1034
| A A A
Flamengo-da ayrılıq

Flamengo baş məşqçisi ilə yollarını ayırıb.

Goal.az xəbər verir ki, komandanın çalışdırıcısı Paulu Souza istefaya göndərilib. Portuqaliyalı mütəxəssis 2021-ci ilin dekabr ayından komandanın sükanı arxasında idi.

Qeyd edək ki, Souza Flamengo-nu çalışdırmaq üçün Polşa millisindəki baş məşqçi vəzifəsini tərk etmişdi.