22/06/2022
21:00
784
| A A A
Mahir Emreli Dynamo-nun məşqlərinə qoşulub

Azərbaycan millisinin futbolçusu Mahir Emreli çıxış etdiyi Xorvatiyanın Dynamo Zagreb komandasına qoşulub.

Goal.az xəbər verir ki, 25 yaşlı hücumçu təlim-məşq toplanışının əsas mərhələsi üçün bu gün komanda ilə birlikdə Sloveniyaya yollanıb.

Son ölkə çempionu hazırlıq çərçivəsində 2 yoxlama matçı keçirəcək. Rəqiblər Şimali Makedoniyanın Skendia klubu və yerli Trnava Spartak-ıdır. Qarşılaşmalar müvafiq olaraq, iyunun 26-da və iyulun 1-də baş tutacaq.

Qeyd edək ki, Mahir Emreli Azərbaycan yığmasının UEFA Millətlər Liqasındakı oyunlarında iştirak etdiyi üçün Dynamo-nun toplanışına gec qatılıb. (report)