Cəbrayıl UEFA Region Kubokunda ilk görüşünə çıxır
Bu gün UEFA Region Kubokunun ilkin seçmə mərhələsinin II qrupunda ilk oyun keçiriləcək.
Goal.az xəbər verir ki, Azərbaycan təmsilçisi Cəbrayıl Belarusun Kolos komandası ilə qarşılaşacaq.
Oyunu Polşa və İsraildən olan hakimlər idarə edəcək:
UEFA Region Kuboku
16:00. Kolos - Cəbrayıl
Şamaxı şəhər stadionu
Baş hakim: Damian Silvestrjak (Polşa)
Baş hakimin köməkçiləri: Bartoş Kaşinsk (Polşa), Paskal Hirzel (İsveçrə)
Dördüncü hakim: Luka Sibelli (İsveçrə)
Qeyd edək ki, I qrupun ilk tur matçında Gürcüstanın “Basiani” komandası Estoniya təmsilçisi “Tallinna Zapoos”u 3:1 hesabı ilə yenib.