24/11/2022
11:44
716
| A A A
Sumqayıt-ın sabiq baş məşqçisi Shakthar-a qayıda bilər

Sumqayıt-ın sabiq baş məşqçisi Aleksey Baqa Belarusun Shakhtar Soliqorsk komandasına başçılıq edə bilər.

Goal.az xəbər verir ki, bu barədə jurnalist Vladislav Tatur özünün sosial şəbəkə hesabında paylaşım edib.

O bildirib ki, Soliqorsk təmsilçisinin rəhbərliyi komandanın sabiq baş məşqçisini geri qaytarmağı nəzərdən keçirir.

Qeyd edək ki, Aleksey Baqa 2021-ci ildə Shakhtar-un sükanı arxasında olub və kluba 2-ci ölkə çempionluğunu qazandırıb. O, bu ilin sentyabrında Sumqayıt-dan istefaya göndərilib. (report)