09/01/2023
11:51
7379
| A A A
Atletico və Barcelona-nın futbolçuları 12 oyunluq diskvalifikasiya oluna bilər

Atletico Madrid futbol komandasının müdafiəçisi Stefan Saviç və Barcelona-nın yarımmüdafiəçisi Ferran Torres İspaniya La Liqasının 16-cı turunun görüşü zamanı yaranan davaya görə cəzalandırıla bilər.

Goal.az xəbər verir ki, hadisə matçın əsas vaxtına əlavə edilən ikinci dəqiqədə baş verib. Hər iki futbolçu qarşıdurmadan sonra qazona yıxılıb və bundan sonra aralarında dava olub. Hakim futbolçulara qırmızı vərəqə göstərib. Əgər hakimlər komissiyası onların hərəkətlərini hücum kimi qiymətləndirsə, diskvalifikasiya dörd oyundan on iki oyuna qədər ola bilər.

Xatırladaq ki, görüş Barcelona-nın 1:0 hesablı qələbəsi ilə başa çatıb. (report)

GÜNÜN ƏN ÇOX OXUNANLARI