28/02/2023
15:09
1992
| A A A
Əliyar Ağayev Yunanıstan Kubokunun yarımfinal oyununa təyinat alıb

Azərbaycanın FIFA referisi Əliyar Ağayev növbəti dəfə Yunanıstan Kubokunun oyununa təyinat alıb.

Goal.az xəbər verir ko, Yunanıstan Futbol Federasiyasının dəvətinə əsasən, 36 yaşlı ədalət təmsilçisinin rəhbərlik etdiyi hakimlər briqadası Olympiacos və AEK komandaları arasındakı cavab matçını idarə edəcəklər.

Ağayevə Zeynal Zeynalov və Akif Əmirəli kömək edəcəklər. Elçin Məsiyev isə VAR-da iş başında olacaq.

Qeyd edək ki, qarşılaşma martın 1-də olacaq. İlk görüşdə AEK 3:0 hesabı ilə qalib gəlib. (report)

GÜNÜN ƏN ÇOX OXUNANLARI